Misir ilə Qəzza zolağı arasındakı sərhəddə yerləşən Rəfah keçid məntəqəsi fəaliyyətini bərpa edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Qeyd olunub ki, onlarla Misir Qızıl Aypara təcili yardım maşını Qəzzadan xəstə və yaralıları anklavdan kənara daşımaq üçün keçid məntəqəsinə daxil olub.
Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsinin həyata keçirilməsi üçün Rəfah keçid məntəqəsinin hər iki istiqamətdə açılması məcburi şərt hesab olunub. Keçid məntəqəsi təxminən bir ildir bağlı olub və bu müddət ərzində Misirdən Qəzza sakinləri üçün nəzərdə tutulan bütün humanitar yardımlar İsraillə sərhəddə yerləşən digər keçid məntəqələrinə yönləndirilib.