01 fevral 2026 14:36
109

Türkiyədə iki maşın toqquşub, 7 nəfər ölüb

Antalya-İsparta (Türkiyə) yolunda iki avtomobil toqquşub.

İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, ilkin məlumatlara görə, qəzada 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

Hadisə yerinə Təcili Tibbi Yardım Xidməti, yanğınsöndürmə briqadası və jandarma qrupları göndərilib.

Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıblar.

Ədliyyə naziri Yılmaz Tunç qəza ilə bağlı araşdırma başlandığını açıqlayıb: "Burdurda baş verən və 7 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı Burdur Baş Prokurorluğu tərəfindən araşdırma başlanıb və 2 Respublika Prokuroru təyin edilib”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”