Azərbaycanda məlumat mərkəzləri üçün yaşıl sertifikasiya sistemi və enerji miksinə günəş, külək və ya hidroenerjinin inteqrasiyasını dəstəkləyən tənzimləyici mexanizmlər yaradılmalıdır.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") "Ağ sənəd 2025" adlı hesabatında qeyd edilib.
"AmCham"ın ekspertləri rəqəmsal infrastruktur üçün fasiləsiz enerji təchizatını təmin edən və bərpa olunan enerji mənbələrindən istifadəyə stimul verən enerji siyasəti tətbiq edilməsini tövsiyə edirlər.
Sənəddə bildirilib ki, məlumat mərkəzləri və rəqəmsal infrastruktur yüksək səviyyədə fasiləsiz enerji təchizatı tələb edir: "Azərbaycanda enerji təchizatının qeyri-sabitliyi və rəqəmsal infrastruktur üçün xüsusi "yaşıl enerji" tənzimləmələrinin olmaması bu sahəyə investisiyaların cəlb edilməsi və genişləndirilməsi imkanlarını məhdudlaşdırır. Bu, etibarlılığa təsir edir, əməliyyat xərclərini artırır və dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılmasını çətinləşdirir".
Hesabatda vurğulanıb ki, hazırda Azərbaycanda məlumat mərkəzlərinin yaradılması, sertifikatlaşdırılması və istismarı üzrə vahid milli çərçivə mövcud deyil: "Aydın standartların və hüquqi tələblərin müəyyən edilməsi investorlar üçün daha proqnozlaşdırıla bilən mühit yaradacaq, həmçinin qlobal bulud xidmətləri provayderlərinin cəlb olunması üçün daha güclü baza formalaşdıracaq. Bu cür çərçivənin təkmilləşdirilməsi rəqəmsal iqtisadiyyatın inkişaf imkanlarını genişləndirəcək, rəqabət qabiliyyətini artıracaq və ölkənin regional rəqəmsal mərkəz kimi mövqeyini möhkəmləndirəcək".
Palata hesab edir ki, məlumat mərkəzləri üçün əməliyyat standartlarını, sertifikatlaşdırma prosedurlarını və güzəştli vergitutma sistemini müəyyən edən milli çərçivə tətbiq edilməlidir: "Bu çərçivəyə beynəlxalq bençmarklarla (məsələn, Uptime Institute tier-ləri) uyğunlaşdırılmış meyarların və yaşıl enerji istifadəsini təşviq edən mexanizmlərin daxil edilməsi, həm rəqabətqabiliyyətliliyini, həm də dayanıqlılığı təmin edəcək".
Poti-Bakı blok-qatarının istismara verilməsi Orta Dəhlizin əlaqəliliyini və effektivliyini möhkəmləndirir
Çarlz Kormye: "Dünya Bankı Azərbaycanın regional bağlayıcı kimi artan rolunu dəstəkləməyə hazırdır"
ING Group Azərbaycanda 2026-cı ildə inflyasiya səviyyəsi ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib
Monteneqronun turizm naziri: İnanırıq ki, Azərbaycanın investisiyaları davam edəcək