Dünya Bankı (WB) Azərbaycanın regional bağlayıcı kimi artan rolunu dəstəkləməyə hazırdır.
“İki sahil” xəbər verir ki, bunu Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlz Kormye Bakıya baş tutmuş missiyasının yekunları ilə bağlı "LinkedIn" sosial şəbəkəsində hesabında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Dünya Bankı ilə Bakı Beynəlxalq Dəniz Limanının genişləndirilməsi layihəsini müzakirə edib: "Azərbaycanda həmkarlarımla Dünya Bankı Qrupundan məhsuldar missiyanı yenicə tamamladım. Biz əsas tərəfdaşlarla görüşdük. Cari portfeli qiymətləndirək nəqliyyat, enerji, şəhər inkişafı və regional inteqrasiya sahələrində növbəti addımları araşdıraq".
Onun sözlərinə görə, müzakirələr Azərbaycanın daxili iddialı hədəflərinə və onun regional bağlayıcı kimi artan roluna yönəlib: "Transxəzər ticarət dəhlizinin (OrtaDəhliz) inkişafından tutmuş formalaşan yaşıl enerji dəhlizləri və qaz ticarəti vasitəsilə regional elektrik enerjisi şəbəkəsinin gücləndirilməsinə qədər müzakirələr apardıq. Nəqliyyat sahəsində biz dəmir yollarının və logistikanın modernləşdirilməsində irəliləyişi müzakirə etdik, o cümlədən Bakı Beynəlxalq Dəniz Limanının genişləndirilməsi layihəsi ətrafında fikir mübadiləsi apardıq. Bu layihə yük daşımalarının səmərəliliyinin artırılmasına və Avropa ilə Asiya arasındakı əlaqənin gücləndirilməsinə kömək edir. Eləcə də Bakıda şəhər mobilliyi üzrə dövlət proqramını müzakirə etdik".
O həmçinin bildirib ki, enerji sektorunda enerji sisteminin modernləşdirilməsini və keçən il təsdiqlənmiş Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi (AZURE) çərçivəsində yeni bərpa olunan enerji güclərinin inteqrasiyasını, həmçinin paylama və enerji səmərəliliyi sahəsində potensial əməkdaşlığı müzakirə edilib.
Ç. Kormye tərəfdaşlara konstruktiv dialoq və ümumi ambisiyalar üçün minnətdarlığını bildirib: "Biz bu impulsun inkişaf etdirilməsinə və Azərbaycanın logistikanın gücləndirilməsi, şəhər mobilliyinin təşviqi, enerji sistemlərinin modernləşdirilməsi və bütün regionda icmaları, bazarları və ölkələri birləşdirən davamlı infrastrukturun genişləndirilməsi səylərinə dəstək verməyi ümid edirik".
Poti-Bakı blok-qatarının istismara verilməsi Orta Dəhlizin əlaqəliliyini və effektivliyini möhkəmləndirir
ING Group Azərbaycanda 2026-cı ildə inflyasiya səviyyəsi ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib
Monteneqronun turizm naziri: İnanırıq ki, Azərbaycanın investisiyaları davam edəcək
Yaponiya yaşıl enerji sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyi planlaşdırır
Milyardlıq sərmayələr, ticarət dövriyyələri və möhkəmlənən dostluq münasibətləri