Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqlarda siyasi məsələləri Rusiya Prezidenti Vladimir Putin müəyyən edib.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov.
Lavrovun sözlərinə görə, bu məsələlər hələ də aktualdır, digər mövzular isə Ukrayna və ABŞ tərəfinin məsuliyyətindədir.
“Siyasi məsələlər prezident tərəfindən müəyyən edilib və öz aktuallığını saxlayır. Qalanını isə Ukrayna və Amerika tərəflərinin vicdanına buraxırıq”, — deyə Lavrov "RİA Novosti" agentliyinə bildirib.
Nazir həmçinin vurğulayıb ki, Rusiya ABŞ və Ukrayna arasında razılaşdırılmış təhlükəsizlik zəmanətləri barədə məlumatlı deyil.
Xatırladaq ki, bundan əvvəl ABŞ Dövlət katibi Marko Rubio yeni raund danışıqların Ukrayna ilə ABŞ arasında ikitərəfli formatda keçiriləcəyini açıqlamışdı.
Hazırda bir neçə ölkə regionda tammiqyaslı müharibənin qarşısını almağa çalışır - Əraqçi
Aİ İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına salıb