29 yanvar 2026 03:40
130

FES rəhbəri: ABŞ-da məşğulluq artımı yavaşlayıb

Federal Ehtiyat Sistemi (FES, ABŞ-də Mərkəzi Bank funksiyasını yerinə yetirir) rəhbərliyi hesab edir ki, ABŞ-da məşğulluq artımının yavaşlaması immiqrasiyanın azalması ilə əlaqəli ola bilər.

“İki sahil” xəbər verir ki, bunu Federal Ehtiyat Sisteminin İdarə Heyətinin sədri Jerom Pauell mətbuat konfransında bildirib.

"Son bir ildə məşğulluq artımının yavaşlamasının əhəmiyyətli hissəsi immiqrasiyanın və işçi qüvvəsinin iştirakının azalması səbəbindən işçi qüvvəsinin genişlənmə tempinin azalmasını əks etdirir, baxmayaraq ki, işçi qüvvəsinə tələbat da açıq şəkildə azalıb", - o deyib.

"İş yerlərinin açılması, işdən çıxarılma, işə qəbul və nominal əmək haqqının artması da daxil olmaqla digər göstəricilər son aylarda əsasən dəyişməz qalıb", - nizamlayıcının rəhbəri əlavə edib.