29 yanvar 2026 02:02
111

Myanmada teatrın 12 aktyoru avtobus qəzasında həlak olub

Myanmada avtobusun dərəyə yuvarlanması nəticəsində azı 12 nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Xinhua" agentliyi xəbər yayıb.

"Çərşənbə günü axşam saatlarında təxminən teatr truppasının 27 üzvünü daşıyan nəqliyyat vasitəsi Myanmanın Maque bölgəsində dərin dərəyə düşdükdən sonra azı 12 nəfər həyatını itirib", – məlumatda bildirilir.

Digər sərnişinlərin vəziyyəti və xəsarət alanların sayı barədə məlumat verilməyib.