25 yanvar 2026 13:24
126

Ölümcül virus yayılıb

Hindistanın Kəlküttə şəhəri yaxınlığında ölümcül “Nipah” virusunun yayılması aşkar edilib.

“İki sahil” xəbər verir ki, bu barədə “Ekonomik Tayms” qəzeti məlumat yayıb.

Məlumata görə, beş yoluxma halı aşkar edilib, onlardan üçü bu həftə baş verib.

Peyvəndi olmayan bu virusa yoluxanlar arasında həkim, tibb bacısı və başqa bir xəstəxana işçisi var.