Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində “Euronews” televiziya kanalına verdiyi müsahibə Azərbaycanın regional gücdən qlobal dialoq iştirakçısına çevrildiyini nümayiş etdirən mühüm siyasi mesajlarla yadda qaldı. Müsahibə təkcə ölkəmizin mövcud reallıqlarını təqdim etməklə kifayətlənməyib, eyni zamanda, Azərbaycanın gələcək inkişaf strategiyasını, beynəlxalq münasibətlərdə tutduğu balanslı mövqeyini və yeni geosiyasi reallıqlara baxışını aydın şəkildə ortaya qoydu.
Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində “Euronews” televiziya kanalına verdiyi müsahibəsində bildirib ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir. Bu mükafat insanlıq, bərabərlik, qarşılıqlı hörmət və sülhün inkişafı yolunda göstərilən fədakarlıq və misilsiz xidmətlərin tanımmasının ən ali nümunələrindən biridir və mənim üçün bu dəyərlərə sadiqliyinin simvoludur.
Bu mükafat 2019-cu ilin fevralında təsis edilib və onun yaranması tarixi dünyada hümanitar dialoqun və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün çox əhəmiyyətli hadisədən qaynaqlanır. Belə ki, həmin ildə Abu – Dabidə Papa Fransisk və Əl – Əzhərin Böyük İmamı Ahmed Al – Tayeb arasında tarixi görüş zamanı “ İnsan Qardaşlığı Sənədi” imzalanmışdır ki, bu sənəd insanlığın birliyi, dinc yanaşı yaşama və dialoq mədəniyyətini bütün dünyaya təşviq etməyi hədəfləyirdi. Mükafat da məhz bu sənədin ruhuna uyğun olaraq yaradılmışdır. Bu mükafat təkcə şəxsi fəaliyyətimə verilən dəyər deyil, eyni zamanda insan ləyaqətinin, sülhün, qarşılıqlı hörmətin və müxtəlif mədəniyyətlər arasında dialoqun təşviqinə göstərilən yüksək diqqətin göstəricisidir. Zayed “ İnsan Qardaşlığı Mükafatı məni insanlıq naminə daha məsuliyyətli addımlar atmağa, birgəyaşayış və həmrəyliyi gücləndirmək üçün səylərimi davam etdirməyə ruhlandırır. Bu ali mükafatın əsasını qoyan dəyərlərə sadiq qalmaq və onları gələcək nəsillərə ötürmək hər birimizin ümumi vəzifəsidir. “Zayed İnsan Qardaşlığı Mükafatı” Prezident İlham Əliyevə 2026 – cı il 4 fevral tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu – Dabidə keçiriləcək.
Əvvəlcə mükafatın rəsmi qalibi kimi elan edilib və sonra mərasimdə təqdim olunacağı barədə rəsmi dəvət Prezident İlham Əliyevə verilib.
Ələmdar Cabbarov,
YAP Ordubad rayon təşkilatının müavini