22 yanvar 2026 10:59
95

İndoneziyada təyyarə qəzası yerindən daha altı cəsəd tapılıb

İndoneziya xilasediciləri Bulusaraunq dağının yamacında ATR 42-500 təyyarəsinin qəza yerində daha altı cəsəd tapıblar.

“İki sahil” xəbər verir ki, xilasetmə qrupu həmçinin təyyarənin qara qutusunu da aşkar edib. Cihazlar təhlükəsizləşdirilib və əlavə araşdırma üçün Milli Nəqliyyat Təhlükəsizliyi Komitəsinə təhvil veriləcək.

Xatırladaq ki, yanvarın 17-də Yava adasındakı Yoqyakartadan Cənubi Sulavesin əyalətinin paytaxtı Makassara uçan “Indonesia Air Transport” şirkətinə məxsus kiçik təyyarə radarlardan itib.Təyyarədə 10 nəfərin olduğunu bildirilib.