22 yanvar 2026 10:51
91

Tramp mümkün siyasi varislərini açıqlayıb

ABŞ-də 2028-ci il prezident seçkilərində favoritlər var, lakin hələlik konkret olaraq bir nəfər haqqında danışmaq tezdir. Bununla belə, Respublikaçılar Partiyasının varislər üçün “yaxşı ehtiyat heyəti” mövcuddur.

“İki sahil” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu “News Nation” telekanalının jurnalisti ilə söhbətində bildirib.

“Bizim çox istedadlı adamlarımız var”, – deyə ABŞ lideri qeyd edib.

Trampın sözlərinə görə, mümkün prezident postuna əsas namizədləri özü üçün artıq müəyyənləşdirib. Lakin siyasətçi vurğulayıb ki, hazırda onların adlarını açıqlamaq hələ tezdir, çünki vəziyyət dəyişə bilər.

Bu arada, ABŞ lideri vitse-prezident Cey Di Vensi və dövlət katibi Marko Rubionu xüsusi qeyd edib. Onun şəxsi reytinqində mümkün varislər sırasında maliyyə naziri Skott Bessentin adı da səslənib. Tramp onları “möhtəşəm” adlandırıb.