22 yanvar 2026 10:48
98

Trampın Cənubi və Mərkəzi Asiya üzrə xüsusi elçisi Türkmənistana səfər edəcək

ABŞ Prezidenti Donald Trampın Cənubi və Mərkəzi Asiya üzrə xüsusi elçisi, səfir Sercio Qor yanvarın 22-23-də Türkmənistana səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti xəbər yayıb.

Səfər çərçivəsində Sercio Qor Türkmənistan hökumətinin və ölkənin işgüzar dairələrinin nümayəndələri ilə bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

"Müzakirələr ikitərəfli əməkdaşlığın genişləndirilməsi, regional sabitliyin təşviqi və iqtisadi tərəfdaşlığın gücləndirilməsi məsələlərinə yönələcək", - bəyanatda bildirilib.