Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampdan Sülh şurasına təsisçilərdən biri kimi qoşulmaq üçün rəsmi dəvət alıb.
“İki sahil” xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə məlumat yayıb.
"Baş nazir Paşinyan təklifi sevgi və məsuliyyətlə qəbul edib, Ermənistanın sülhə töhfə vermək işinə sadiqliyini təsdiqləyib", - o yazıb.