19 yanvar 2026 21:14
115

TIR-da 144 kq narkotik aşkarlanıb

Bolqarıstandan Türkiyəyə keçən TIR-da 144 kq-dan artıq narkotik aşkarlanıb.

“İki sahil”  bu barədə Türkiyə mediasına istinadən xəbər verir. Belə ki, Ədirnə vilayətinin Kapıkule sərhəd keçid məntəqəsində bir TIR-da 144 kiloqram 732 qram narkotik vasitə ələ keçirilib.

TIR sürücüsü saxlanılıb, faktla bağlı araşdırma aparılır.