19 yanvar 2026 09:03
125

"SpaceX" yeni "Starlink"ləri orbitə çıxarıb

"Falcon 9" daşıyıcı aparatı "Starlink" sisteminin qlobal internet şəbəkəsinin orbital qrupunu doldurmaq üçün 29 mini peykdən ibarət partiyanı uğurla orbitə çıxarıb.

“İki sahil” xəbər verir ki, bu barədə "SpaceX"in məlumatında bildirilib.

Raketin buraxılışı Florida ştatının Kanaveral burnunda yerləşən ABŞ Kosmik Qüvvələri bazasındakı 40 nömrəli buraxılış kompleksindən həyata keçirilib. Təxminən bir saat sonra peyklər buraxılış aparatının ikinci pilləsindən ayrılaraq orbitə daxil olub.

Qeyd edək ki, 2019-cu ilin may ayından etibarən "SpaceX" "Starlink" layihəsi çərçivəsində 7800-dən çox belə peyk buraxıb. Hazırda orbitdə 6900-dən çox cihaz işlək vəziyyətdədir.