Almaniya, Amerika tariflərinə cavab olaraq, ABŞ-nin ərazisindəki hərbi obyektlərdən istifadəsinə görə icarə haqqını əhəmiyyətli dərəcədə artıra bilər.
“İki sahil” xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti Berlindəki mənbəyə istinadla məlumat yayıb.
Qeyd olunub ki, Almaniyadakı Amerika hərbi bazalarının bağlanması variantı nəzərdən keçirilmir.
"The Daily Telegraph" və "The Economist" əvvəllər belə bir ssenarinin mümkünlüyü barədə məlumat veriblər.
Qeyd edək ki, yanvarın 17-də ABŞ Prezidenti Donald Tramp Truth Social-dakı paylaşımında ABŞ-ın Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveçə qarşı 10% tarif tətbiq etməyə başlayacağını və Vaşinqtonun Qrenlandiyanın tam şəkildə satın alınması barədə razılığa gələnə qədər bu tariflərin qüvvədə qalacağını açıqlayıb.
Cənubi Koreya və İtaliya yüksək texnologiyalı sahələrdə əməkdaşlığı genişləndirəcək