ABŞ Hərbi Nazirliyi Minnesota ştatına 1500 əsgər göndərməyə hazır olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti Pentaqondakı mənbələrə istinadla məlumat yayıb.
Onların məlumatına görə, Pentaqon Minnesota ştatındakı iğtişaşların daha da şiddətlənəcəyi təqdirdə ABŞ Silahlı Qüvvələrinin iki piyada batalyonuna və bir hava-desant diviziyasına döyüş hazırlığı vəziyyətinə gətirilməsi əmrini verib.
Yanvarın 7-də Minneapolisdə qanunsuz immiqrantların axtarışı zamanı İmmiqrasiya və Gömrük Mühafizəsinin (ICE) əməkdaşları yolun ortasında dayanan və onların hərəkətlərinə etiraz edən bir qadından nəqliyyat vasitəsindən düşməsini tələb ediblər. Maşın irəliləməyə başlayanda zabitlərdən biri xidməti silahı ilə sürücüyə atəş açıb.
Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Mer Ceykob Frey ICE əməkdaşlarının hərəkətlərini ehtiyatsızlıq adlandırıb və onlardan şəhəri tərk etmələrini tələb edib. Minnesota qubernatoru Tim Uolts hadisə ilə bağlı tam, ədalətli və təcili araşdırma aparılacağını vəd edib. Şəhərdə genişmiqyaslı etirazlar başlayıb.
Cənubi Koreya və İtaliya yüksək texnologiyalı sahələrdə əməkdaşlığı genişləndirəcək