İranın xarici işlər naziri Abbas Əraqçı və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff İrandakı vəziyyəti və yaxın günlərdə görüşün keçirilməsi imkanlarını müzakirə ediblər.
“İki sahil” xəbər verir ki, "Axios" nəşri bu barədə məlumatı mənbələrə istinadən yayıb.
Qeyd edilir ki, tərəflər arasında dialoq həftəsonu baş tutub. Əraqçı ABŞ Prezidenti Donald Trampın güc tətbiqetmə hədələri fonunda Uitkoffa müraciət edib.
Xatırladaq ki, ötən il dekabrın 28-də İranda milli valyutanın devalvasiyası ilə bağlı etirazlar başlayıb.