Qrenlandiya hökuməti ABŞ-ın region üzərində nəzarəti ələ keçirmək niyyətini dəstəkləmir və NATO-nun köməyinə ümid edir.
“İki sahil” xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti Qrenlandiya hökumətinin bəyanatına istinadla məlumat yayıb.
Bəyanatda deyilir: “Qrenlandiya heç bir şəkildə ABŞ-ın geniş ərazini “ələ keçirmək” istəyini qəbul etmir və müdafiəsinin NATO çərçivəsində təmin olunması üçün səylərini artırır”.
Sənəddə vurğulanır ki, Qrenlandiyanın hakim koalisiyası bu cür yanaşmanı heç bir halda qəbul edə bilməz. Ada hökuməti, həmçinin qeyd edib ki, “Qrenlandiya həmişə Qərb müdafiə alyansının bir hissəsi olacaq”.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ-ın müdafiə məqsədləri üçün Qrenlandiyaya ehtiyacı olduğunu bildirib.
Qrenlandiya Arktika təhlükəsizliyinin mərkəzi, mühüm dəniz yolları üçün başlanğıc nöqtəsi və nadir torpaq metalları da daxil olmaqla müxtəlif ehtiyatlara malik ərazi hesab olunur. Qərb mediası adada qrafit, mis, sink, qızıl, almaz, dəmir filizi, titan, vanadium və uran yataqlarının olduğunu bildirir.
Çin Rusiya-Ukrayna müharibəsinin başa çatmasına kömək etmək üçün xüsusi nümayəndə göndərib
Van İ: Tayvanı Çindən ayırmaq cəhdləri ABŞ ilə ciddi münaqişəyə səbəb ola bilər
Qazaxıstan Konstitusiyasının layihəsində 100-dən çox etnos və 20 konfessiya birliyi təsbit olunub
Rubio: Biz Rusiyanın müharibəni dayandırmağa nə dərəcədə ciddi yanaşdığını bilmirik