12 yanvar 2026 21:36
112

ABŞ Dövlət Departamenti 100 mindən çox vizanı ləğv edib

ABŞ Dövlət Departamenti 100 mindən çox vizanı ləğv edib.

“İki sahil” xəbər verir ki, bu barədə departamentin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"Dövlət Departamenti daha əvvəl cinayət fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanları ilə təmasda olmuş şəxslərə verilmiş vizalar da daxil olmaqla, 100 mindən çox vizanı, o cümlədən təxminən 8 min tələbə vizasını və 2,5 min ixtisaslaşdırılmış vizanı ləğv edib", - məlumatda deyilir.

Qeyd edilib ki, bu cür şəxslərin deportasiyası ölkənin təhlükəsizliyinin təmin olunması məqsədilə davam etdiriləcək.