12 yanvar 2026 21:29
122

İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb

"Forex" beynəlxalq bazarında yanvarın 12-də USD/IRR məzənnəsi 1 dollar üçün 994 min 55 İran rialına çatıb.

“İki sahil” İran mediasına istinadən xəbər verir ki, yanvarın 9-da isə pik həddə çataraq 1 dollar üçün 1 milyon 260 riala bərabər olmuşdu.

Qeyd edək ki, 2025-ci ilin sonunda 1 dollar 42 min 50 İran rialı olub. Beləliklə, bu il "Forex" bazarında dollar İran rialına qarşı 2 278.74% bahalaşıb.

"Qara bazar"da isə yanvarın 6-da məzənnə 1 dollar üçün 1.4825 milyon İran rialına düşüb. Eyni zamanda, 2025-ci il dekabrın 31-də 1 dollar 1 milyon 35 rial dəyərində qiymətləndirilib, noyabrın ortalarında, İranda genişmiqyaslı iğtişaşlardan əvvəl dollar valyutadəyişmə məntəqələrində 1 milyon 12 rial olub. Yanvarın 12-də isə məzənnə 1 dollar üçün 1 milyon 44 rial təşkil edib.