Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu iranlı həmkarı Əli Laricani ilə telefon danışığında xarici qüvvələrin İranın daxili işlərinə müdaxilə cəhdini pisləyib.
“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası məlumat yayıb.
O, Moskva və Tehran arasında əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduğunu bildirib.
Şoyqu baş verən hadisələr nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Əli Laricaniyə başsağlığı verib.
Tərəflər təhlükəsizliyin təmin olunması məqsədilə əlaqələrin davam etdirilməsi və mövqelərin koordinasiyası barədə razılığa gəliblər.