Prezident Donald Tramp İrandakı etirazlar səbəbindən ABŞ-ın İsram Respublikasına qarşı hərbi seçimləri barədə məlumatlandırılıb.
“İki sahil” İHA-ya istinadla yazır ki, bu iddia ilə ABŞ mediası çıxış edib.
Adı açıqlanmayan iki ABŞ rəsmisinə istinadən verilən məlumatda Trampın son günlərdə fərqli müdaxilə planları barədə məlumatlandırıldığı və ABŞ-ın birbaşa hərbi güc tətbiq etməyəcəyi variantların da nəzərdən keçirildiyi bildirilib.
Trampın hələ İrana müdaxilə ilə bağlı yekun qərar vermədiyi bildirilsə də, xəbərlərdə onun İran etirazlarında artan ölüm sayı səbəbindən ciddi şəkildə tədbir görməyi düşündüyü irəli sürülüb.
Xatırladaq ki, Tramp ötən şənbə günü verdiyi açıqlamada "İran bəlkə də əvvəlkindən daha çox azadlıq axtarır. ABŞ kömək etməyə hazırdır", demişdi.
Məhərrəm Ağalaroğlu, “İki sahil”