ABŞ-nin Qrenlandiyaya qarşı güc tətbiq etməsi NATO-nun sonu olardı.
“İki sahil” xəbər verir ki, bu barədə "France Info" telekanalının efirində Fransanın 2012–2017-ci illərdə prezidenti olmuş Fransua Olland bildirib.
"Əgər ABŞ Qrenlandiyaya qarşı güc tətbiq etməyə qərar versəydi – bu fərziyyə məndə şübhə doğurur, lakin Prezident Donald Trampla heç vaxt əmin olmaq olmaz – bu onların avropalı əsgərlərə qarşı hərəkət etməsi demək olardı. Bu isə Şimali Atlantika Alyansının sonu deməkdir", – deyə o qeyd edib.
Ollandın fikrincə, ABŞ Qrenlandiyaya qarşı heç bir addım atmamalıdır, xüsusən də hərbi vasitələrlə.
Xatırladaq ki, daha əvvəl "Daily Mail" qəzeti Trampın ABŞ-nin Xüsusi Əməliyyatlar Komandanlığına Qrenlandiyaya müdaxilə ilə bağlı ətraflı plan hazırlamağı tapşırdığı barədə məlumat yaymışdı.