Almaniya Kansleri Fridrix Merts Hindistana rəsmi səfərə yola düşüb.
“İki sahil” xəbər verir ki, yanvarın 13-dək davam edəcək səfər çərçivəsində Əhmədabad şəhərində Kanslerin Hindistanın Baş naziri Narendra Modi ilə görüşü nəzərdə tutulub.
Sonra Fridrix Merts Banqalora səfər edəcək və orada, həmçinin alman şirkətlərinin nümayəndələri ilə görüşəcək.