10 yanvar 2026 02:02
145

“Goretti” qasırğası Britaniyada tarixi adanı viran qoyub

“Goretti” qasırğası İngiltərənin Kornuol bölgəsində yerləşən “Sent Maykl dağı” (St Michael’s Mount) adasında ciddi dağıntılara səbəb olub.

“İki sahil” “The Telegraph”a istinadla xəbər verir ki, Penzans yaxınlığında yerləşən qayalıqlarda yerləşən adada təxminən 100 ağac güclü küləklər nəticəsində aşaraq məhv olub. Adanın baş bağbanı Darren Little bildirib ki, zərər görən ağacların bir qismi 80–100 il yaşı olan nümunələrdir. O bildirib ki, bütün ərazi demək olar ki, viran qalıb və dağıntıların təmizlənməsi aylarla vaxt apara bilər.

Qeyd edək ki, “Goretti” qasırğası nəticəsində Britaniyada 64 mindən çox ev elektrik enerjisiz qalıb, Hitrou hava limanında onlarla reys ləğv edilib, dəmir yolu xətlərində isə gün boyu genişmiqyaslı gecikmələr yaşanıb.