İstanbulda (Türkiyə) sərnişin avtobusu ilə minik maşını toqquşub.
“İki sahil” İHA-ya istinadla xəbər verir ki, hadisə Arnavutköydə qeydə alınıb.
Axşam saatlarında baş verən qəzada yaralananlar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.
Qəza yerli vaxtla saat 19:20 radələrində baş verib.
Məlumata görə, eyni istiqamətdə hərəkət edən sərnişin avtobusu minik maşını ilə toqquşub. Sərnişinlər də daxil olmaqla, xəsarət alanlar var. Hadisə yerinə polis və çoxsaylı tibbi qruplar göndərilib. Qruplar hadisə yerində müdaxilələrini davam etdirir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”