10 yanvar 2026 23:47
140

Tramp Venesueladan əldə edilən neft gəlirləri ilə bağlı fərman imzalayıb

ABŞ Prezidenti Donald Tramp ölkənin Maliyyə Nazirliyinin hesablarında saxlanılan Venesuela neftinin satışından əldə edilən vəsaitləri məhkəmə tədbirlərindən qorunması haqqında fərman imzalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə sənəd Ağ Ev tərəfindən dərc olunub.

Sənəddə bildirilib ki, neft satışı ilə bağlı razılaşmalardan əldə edilən gəlirlər "ABŞ-də saxlanılan Venesuela hökumətinin suveren mülkiyyətidir".

Fərmanla həmin aktivlərlə bağlı hər hansı rüsumları, məhkəmə qərarlarını, sərəncamları, girovları, müsadirələri və ya digər məhkəmə prosesləri ləğv edilib.