09 yanvar 2026 20:58
282

Zəngəzur dəhlizinin açılması...

Zəngəzur dəhlizi Cənubi Qafqaz regionunun gələcək geosiyası və iqtisadi mənzərəsini formalaşdıracaq ən mühüm layihələrdən biri hesab olunur. Bu dəhlizin əsas məqsədi Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa nəqliyyat əlaqəsini təmin etmək, eyni zamanda, regionda ticarət və kommunikasiya imkanlarını genişləndirməkdir. Son dövrlərdə Zəngəzur dəhlizinin açılması məsələsi beynəlxalq gündəmdə daha çox müzakirə olunur və bu layihəyə böyük dövlətlərin, o cümlədən ABŞ-ın da maraq göstərdiyi bildirilir.

Zəngəzur dəhlizinin reallaşması ideyası Amerika Birləşmiş Ştatlarının prezidenti səviyyəsində də müsbət qiymətləndirilmişdir. Bu fakt layihənin təkcə regional deyil, həm də qlobal əhəmiyyət daşıdığını göstərir. ABŞ kimi aparıcı dünya dövlətinin dəhlizə dəstək verməsi onun beynəlxalq nəqliyyat və enerji təhlükəsizliyi baxımından strateji rolunu ön plana çıxarır.

Zəngəzur dəhlizinin açılması ilk növbədə Azərbaycan üçün mühüm üstünlüklər yaradır. Bu dəhliz ölkənin ərazi bütövlüyünün möhkəmlənməsinə, Naxçıvanla əlaqələrin asanlaşmasına və iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edəcək. Eyni zamanda Türkiyə ilə quru əlaqəsinin daha da möhkəmlənməsi Türk dünyasının birliyinə mühüm töhfə verəcəkdir. Dəhliz vasitəsilə Orta Asiya, Cənubi Qafqaz və Avropa arasında yeni ticarət marşrutlarının formalaşması gözlənilir.

Ələmdar Cabbarov,
Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatının sədrinin müavini