09 yanvar 2026 20:14
153

Bizim böyüklüyümüz, müdrüklüyümüz məsuliyyətimiz göz önündədir

Aərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvar ayının 5-də yerli televiziya kanallarna müsahibə verib.

Bu dəyərlər böyüklük, müdrüklük və məsuliyyət yalnız dövlət başçısının deyil bütün vətəndaşların gündəlik həyatında və qərarlarında rəhbər prinsip olmalıdır. Çünki hər birimizin böyüklüyü, düşüncəsi və məsuliyyətin rifahı və gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.

Müdriklik isə yalnız bilik və təcrübədən ibarət deyil, həm də uzaqgörənlik, ədalətlilik və xalqın hüquqlaına hörmət kimi keyfiyyətlərə malkdir. Prezident İlham Əliyev çıxışlarında qeyd etmişdir ki, rəhbər ədalətli olmalı, öz xalqına həqiqəti söyləməli və verdiyi sözlərin arxasında durmalıdır.

Eyni zamanda cənab Prezidentin dediyi kimin, dövlətin ən böyük sərvəti onun müstəqilliyidir və bu müstəqilliyi qorumaq anlayış, müdriklik və məsuliyyət tələb edən bir missiyadır.

Prezident İlham Əliyevin rəhbərliyi altında “xalqa xidmət etmək, insanlarla bir yerdə olmaq” prinsipi daim vurğulanır. Dovlət başcısı administrasiyaya yeni təyin olunanlara bildirir ki, vəzifə imtiyaz deyil, xalq qarşısında xidmət missiyasıdır və bu xidmətin əsas elementi məsuliyyətli davranışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə rəhbərlik və məsuliyyət anlayışlarına toxunaraq bildirmişdir ki, ölkə başçısı olmaq yalnız yüksək vəzifə deyil, eyni zamanda böyük məsuliyyətdir və böyük şərəfdir. Prezidentin sözlərinə görə, bu məsuliyyət hər gün, saat-saat hiss olunur və xalqın etimadını doğrultmaq üçün daim çalışmaq lazımdır.

Cəmilə Bağırova,
YAP Ordubad rayon təşkilatinin məsləhətçisi