Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP-nin sədri Özgür Özələ qarşı 500 min lirə məbləğində mənəvi təzminat iddiası qaldırıb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
İddiaya səbəb Özgür Özəlin yanvarın 7-də Beykozda keçirilən mitinqdə səsləndirdiyi açıqlamalar olub. Bununla yanaşı, Özgür Özel barəsində “Prezidenti təhqir etmə” maddəsi üzrə Ankara Respublika Baş Prokurorluğuna müraciət edildiyi bildirilib.
Ərdoğanın vəkili Hüseyn Aydın sosial şəbəkə hesabında məsələ ilə bağlı açıqlama yayıb. O qeyd edib ki, CHP sədri Özgür Özəlin Beykoz mitinqində Prezident Ərdoğanı hədəf alan uyğun olmayan ifadələri, əsassız və məntiqsiz ittihamları səbəbindən Ankara Asliye Hüquq Məhkəməsində 500 min türk lirəsi məbləğində mənəvi təzminat davası açılıb.
Məsələ ilə bağlı hüquqi prosesin davam etdiyi bildirilir.