08 yanvar 2026 19:43
244

Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqlara qəsdən mane olurlar - Robert Fitso

Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanması üzrə aparılan danışıqlara qəsdən və sistemli şəkildə maneələr yaradılır.

“İki sahil” xəbər verir ki, bu barədə "RİA Novosti"yə Slovakiyanın baş naziri Robert Fitso bildirib.

“Əminəm ki, sülh danışıqlarına ciddi şəkildə mane olunur. Qəsdən. Bu münaqişənin mümkün qədər tez sülh yolu ilə başa çatdırılmasında səmimi maraq yoxdur”, — deyə, Fitso bildirib.

Slovakiya hökumətinin başçısı qeyd edib ki, hazırda atılan addımlar münaqişənin tezliklə bitəcəyinə deyil, əksinə, onun hələ uzun aylar davam edəcəyinə işarə edir. Onun fikrincə, mövcud siyasi və hərbi proseslər danışıqların real nəticə verməsini çətinləşdirir.