ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronun əsir götürülməsi üzrə Karakasda keçirdiyi əməliyyat zamanı 100 nəfər həlak olub, bir o qədər insan isə yaralanıb.
“İki sahil” xəbər verir ki, CNN telekanalı bu barədə Venesuelanın daxili işlər naziri Diosdado Kabeloya istinadla məlumat yayıb. Nazirlin sözlərinə görə, ölənlərin çoxu mülki şəxslərdir. “Evlərində olan mülki şəxslər, qadınlar, ölkəmizə atılan bombalardan əziyyət çəkiblər”, - deyə Diosdado Kabelo bildirib. Mülki itkilərin dəqiq sayı açıqlanmır.
“The Guardian” qəzeti Venesuela ordusunun həlak olan 23 əsgərin siyahısını dərc etdiyini yazıb. Eyni zamanda, Kuba hökuməti ABŞ-ın Venesueladakı əməliyyatı zamanı 32 kubalının öldüyünü təsdiqləyib.
ABŞ Prezidenti Donald Tramp isə öz növbəsində əməliyyat zamanı heç bir amerikalı hərbçinin ölmədiyini, bəzilərinin isə yaralandığını deyib.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Karakasdakı mülki və hərbi hədəflərə zərbələr endirib, həmçinin ölkə Prezidenti Nikolas Maduro ilə həyat yoldaşını əsir götürüb. Hazırda Nyu-Yorkun cənubundakı Bruklin həbsxanasında saxlanılan dövlət başçısı narkotik vasitələrin qaçaqmalçılığında ittiham olunur.
Yanvarın 4-də Venesuelanın vitse-prezidenti Delsi Rodriges dövlət başçısı vəzifələrinin icrasına başlayıb.
Azərbaycandan 7,6 min ton neft məhsullarının idxalını gözləyirik - Gevork Papoyan