Amerikanın "Chevron" neft şirkəti və "Quantum Energy Partners" investisiya qrupu Rusiyanın neft şirkəti LUKOIL-un beynəlxalq aktivlərinin alınması ilə bağlı mümkün razılaşma üzərində işləyir.
“İki sahil” xəbər verir ki, bu barədə "The Financial Times" qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, razılaşma əldə olunacağı təqdirdə "Chevron" və "Quantum" LUKOIL-un beynəlxalq aktivlərini öz aralarında bölüşdürməyi planlaşdırır. Söhbət şirkətin Rusiyadan kənarda yerləşən layihə və paylarından gedir.
Qeyd olunur ki, bu proses LUKOIL-un xarici bazarlardakı mövcudluğunun yenidən strukturlaşdırılması fonunda baş verir və bir neçə potensial alıcının marağına səbəb olub.
Bundan əvvəl Reuters agentliyi mənbələrə istinadən yazmışdı ki, Səudiyyə Ərəbistanına məxsus Midad Energy şirkəti də LUKOIL-un beynəlxalq aktivlərinin mümkün alıcısı kimi nəzərdən keçirilir.