Ermənistan paytaxtında Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə yürüş başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.
Hökumət başçısının "xaç yürüşü" adlandırdığı aksiya Müqəddəs Qriqori Lusavoriç (Müqəddəs Maarifçi Qriqori) baş kilsəsində ölkə rəhbərliyinin iştirak etdiyi Milad liturgiyasından sonra başlayıb.
Yürüş iştirakçıları Müqəddəs Anna kilsəsinə doğru irəlləyirlər.