Braun Universitetindəki atışmada iştirak etməkdə şübhəli bilinən şəxs ABŞ ordusunda xidmət edib və yaxşı davranışa görə medalla təltif edilib.
“İki sahil” xəbər verir ki, bu barədə CNN hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Telekanal iddia edir ki, 24 yaşlı Bencamin Erikson 2021-ci ilin may ayından 2024-cü ilin noyabrına qədər ABŞ Ordusunda əsgər kimi xidmət edib. Daha sonra o, qüsursuz xidmətə görə medalla təltif edilib, snayper təlimi keçib.
Şübhəli həmçinin könüllü işlərdə, evsizlərə və qocalara yardım etməkdə və terapevtik məqsədlər üçün istifadə edilən atlara qulluq göstərməkdə fəal olub.
Yerli media əvvəllər şübhəlinin Braun Universitetində tələbə olmadığını bildirsə də, onun profilində payız semestrində psixologiya üzrə təhsili aldığı Viskonsin Universitetindən digər təhsil müəssisəsinə keçdiyi göstərilir. Xatırladaq ki, Rod-Aylend ştatının Providens şəhərindəki Braun Universitetində atışma nəticəsində azı iki nəfər ölüb, daha doqquz nəfər yaralanıb. Onlardan səkkizinin vəziyyəti ağırdır.