11 dekabr 2025 09:13
106

Boliviyanın sabiq prezidenti həbs edilib

Boliviyanın keçmiş Prezidenti Luis Arse Katakora həbs edilib.

“İki sahil” xəbər verir ki,  bu barədə ölkənin vitse-prezidenti Edman Lara sosial mediada açıqlayıb. Bildirilib ki, o, korrupsiya istintaqının bir hissəsi olaraq saxlanılıb. Qeyd edək ki, Luis Arse Katakora 2020-ci ildən 2025-ci il noyabrın 8-dək Boliviya Prezidenti olub. Bir ay əvvəl onu bu vəzifədə Rodriqo Paz əvəzləyib.