ABŞ Kiyevin ərazi imtinasını münaqişənin sülh yolu ilə həllinin bir hissəsi kimi qaçılmaz hesab edir.
“İki sahil” xəbər verir ki, bu barədə "The Financial Times" öz mənbələrinə istinadla məlumat yayıb.
Məqalədə deyilir: "Tramp administrasiyasının rəsmiləri... son həftələrdə Ukrayna tərəfdən danışıqlar aparanlara ərazi mübadiləsinə razılıq vermələri üçün təzyiq göstərirlər və onlar bunu istənilən sülh müqaviləsinin qaçılmaz hissəsi hesab edirlər".
Əvvəllər Andrey Yermak Ukraynanın sülh müqabilində ərazi güzəştlərinə getməyəcəyini bildirmişdi. O, The Atlantic-ə verdiyi müsahibədə Ukrayna liderinin heç vaxt belə bir sənəd imzalamayacağını vurğulamışdı.