11 dekabr 2025 11:47
164

Maduro bu mahnını oxudu və...

Venesuela prezidenti Nikolas Maduro tərəfdarları ilə keçirdiyi mitinqdə Bobbi Makferrinin “Don't Worry, Be Happy” mahnısını oxuyub. O, ABŞ-la münasibətlərin pisləşməsindən sonra həmvətənlərini sakit olmağa çağırıb.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Nikolás Maduro mitinqdə çıxış edərkən "Don't Worry, Be Happy" mahnısını oxuyub. O deyib ki, amerikalılar da, venesuelalılar da müharibə istəməməlidirlər.

Sentyabrdan bəri ABŞ ordusu Venesuela sahillərində narkoticarətlə məşğul olduğunu düşündüyü gəmilərə zərbələr endirir. Noyabrda isə ABŞ “Southern Spear” adlı daha böyük antinarkotik əməliyyatına başlayıb. Prezident Donald Tramp bildirib ki, Maduronun hakimiyyətdə qalma müddəti çox deyil.

10 dekabrda ABŞ Sahil Mühafizəsi və FTB Venesuela sahillərində bir tankeri saxlayıb. ABŞ həmin tankerin terror qrupları üçün qanunsuz neft daşıdığını iddia edir. Venesuela isə deyir ki, ABŞ-ın məqsədi Venesuela neftini ələ keçirməkdir.