26 noyabr 2025 09:02
85

CAR-da oğrunun əllərini kəsən keşiş ömürlük həbs olunub

Cənubi Afrika Respublikasında (CAR) keşiş Solomon Mhalanqu dini ehkama uyğun olaraq oğrunun əllərini kəsib.

Keşişin oğlu Enok 33 yaşlı oğrunu kilsənin ərazisində saxlayıb. Keşiş özü hadisə yerinə həyat yoldaşı və dörd icma üzvü ilə birlikdə gəlib, kişini kilsəyə aparıb və orada döyüb. Bu azmış kimi, oğru meşəyə aparılıb və orada əlləri kəsilib.

Bir müddət sonra din xadimi, oğlu və digər iştirakçılar həbs olunaraq məhkəmə qarşısına çıxarılıb. Solomon və oğlu Enok ömürlük həbs cəzası alıblar.

Oxu.Az