Bolqarıstan hökumətinin Rusiyanın “Lukoyl” şirkətinə məxsus aktivləri satın ala biləcəyi ehtimal olunur.
“İki sahil” xəbər verir ki, bu barədə “24 saat” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, hakim koalisiyanın deputatları Bolqarıstan İnkişaf Bankı (BDB) vasitəsilə dövlət zəmanətlərinin həcminin 3,8 milyard avrodan 5,8 milyard avroya qədər artırılması barədə parlamentə təklif təqdim ediblər. Bu təklif yaxın günlərdə müzakirəyə çıxarılacaq.
Qəzet qeyd edib ki, sözügedən zəmanətlər neft və neft emalı sahəsində iqtisadi fəaliyyətin inzibati tənzimlənməsi haqqında qanuna uyğun olaraq səhmlərin və ya payların alınması zərurəti yaranarsa tətbiq edilə bilər. Məsələ Bolqarıstanda “Lukoyl” şirkətinin aktivlərinin mümkün alınması ilə bağlıdır.
Məlumata əsasən, təklif qəbul olunarsa, dövlət büdcəsi zəmanətləri təmin edəcək və Bolqarıstan İnkişaf Bankı şirkətin ölkə daxilindəki aktivlərinin və ya kapital paylarının satın alınmasını maliyyələşdirəcək.
Xatırladaq ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi “Rosneft”, “Lukoyl” və onların törəmə şirkətlərini yeni anti-Rusiya sanksiyaları siyahısına daxil edib. Bu sanksiyalar noyabrın 21-dən tam qüvvəyə minir.
Pentaqon Ukraynaya hərbi yardımın çatdırılmasında gecikmələr olduğunu etiraf edib