ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna müharibəsinin həlli üzrə sazişin bağlanması üçün qəti vaxt limiti mövcud deyil.
“İki sahil” xəbər verir ki, Amerika lideri bunu Florida ştatına uçuş zamanı təyyarədə jurnalistlərə bildirib. Söhbətin audioyazısını Ağ Evin mətbuat xidməti yayıb.
"Bilirsiniz, mənim üçün son tarix nədir? Bu (müharibə – red.) bitəndə", – deyə o, ABŞ-nin sülh planının şərtlərinin 27 noyabra qədər razılaşdırılması barədə əvvəlki açıqlamasına dair jurnalistlərin sualını cavablandırarkən qeyd edib.
Tramp həmçinin vurğulayıb ki, Vaşinqtonun Avropadakı müttəfiqləri Kiyevə təhlükəsizlik zəmanətlərinin təmin edilməsində fəal rol oynayacaqlar.
"Avropa bu işə əhəmiyyətli dərəcədə cəlb olunacaq. Biz bunun üzərində Avropa ilə işləyirik. Avropa çox istəyir ki, bütün bunlar sona çatsın", – deyə o, Ukrayna münaqişəsinin həlli zamanı təhlükəsizlik zəmanətlərinin necə razılaşdırılacağı barədə suala cavab verərkən bildirib.
Pentaqon Ukraynaya hərbi yardımın çatdırılmasında gecikmələr olduğunu etiraf edib