18 noyabr 2025 09:32
387

Ulu Öndərin siyasətinə sadiq qalmaq Azərbaycan üçün tarixi uğurlar gətirdi

2003-cü ildən başlayaraq Azərbaycan dövləti və xalqı üçün yeni bir dövrün əsasını qoyan Prezident İlham Əliyev, Heydər Əliyev siyasətinə sadiqlik sayəsində ölkəmizin inkişaf yolunu daha da möhkəmləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında çıxış edərək, xalqın ona göstərdiyi etimada və ölkəmizin qazandığı tarixi uğurlara toxunmuşdur.

Prezident çıxışında qeyd etmişdir ki, 2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermiş, ona etimad göstərmişdir. “Çünki mən demişdim ki, əgər xalq etimad göstərərsə, Ulu Öndərin siyasətinə sadiq qalacağam. O əsas amillərdən biri idi” – deyə Prezident İlham Əliyev vurğulamışdır.

Cənab Prezidentin sözlərinə görə, Azərbaycan həm siyasi, həm iqtisadi, həm də sosial sahədə böyük uğurlar əldə etmişdir. Bu dövrü xarakterizə etmək üçün geniş təhlil və vaxt lazım olsa da, hər bir nailiyyət göz qabağındadır. Həyat sübut edir ki, ölkəmiz möhkəm təməllər üzərində qurulan yeni dövrün uğurlu inkişafını yaşayır.

Prezident İlham Əliyev həmçinin tarixi dövrün düzgün qiymətləndirilməsinin vacibliyini vurğulamışdır: “Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər. Çünki bu, gənc ölkəmizin yeni dövrü idi, əvvəlki dövrə əsaslanmış, o möhkəm təmələ əsaslanmış, amma yeni dövrüdür.”

Bu çıxış, həmçinin Yeni Azərbaycan Partiyasının fəaliyyətinə və ölkənin inkişaf strategiyasına olan sadiqliyi bir daha təsdiqləyir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan, həm regionda, həm də beynəlxalq aləmdə etibarlı, güclü və nüfuzlu bir dövlət kimi tanınmışdır.

Ölkəmizin siyasi, iqtisadi və sosial uğurları, Ulu Öndər Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində qurulmuşdur və bu təməl Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Azərbaycan dövləti və xalqı üçün bu dövr həm tarixi, həm də strateji əhəmiyyətə malikdir.

Zümrüd Əliyeva,
YAP Xətai təşkilatının fəalı