18 noyabr 2025 13:29
92

Con DiPirro: TRIPP maşrutunun reallaşması vacibdir

TRIPP maşrutunun reallaşması vacibdir.

“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Asiya–Qafqaz İnstitutunun baş elmi işçisi Con DiPirro noyabrın 18-də Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu çərçivəsində "Ortaq Baxışlar: Strateji Tərəfdaşlıq Naminə Azərbaycan–ABŞ Dialoqu" sessiyasında deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz Avropa və Asiya arasında strateji körpü rolunu oynayır: "Azərbaycan qlobal miqyasda getdikcə daha da önəmli fiqura çevrilməkdədir. ABŞ-nin maraqları stabildir və Cənubi Qafqaz kontekstində çox vacibdir. Bu mənada, TRIPP maşrutunun reallaşması vacibdir".

Ekspert Ermənistanla Türkiyə arasında normallaşmanın vacibliyinə də diqqət çəkib: "Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün zaman yetişib".

C.DiPirro həmçinin ABŞ-nin TRIPP üçün 145 milyon dollar ayırdığını, eləcə də həm Azərbaycan, həm də Ermənistanla bu istiqamətdə işçi qrupu yaradıldığını da söyləyib və qeyd edib ki, bu, layihənin icrasının vacibliyini göstərir.