17 noyabr 2025 20:09
99

Bakıda "Euronews"un yerli ofisi açılıb

Bakıda "Euronews" telekanalının yerli ofisinin açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə "Euronews"un Direktorlar Şurasının sədri Pedro Vargas David açılış nitqi ilə çıxış edib.

Mərasim zamanı "Euronews"un Azərbaycanla əməkdaşlıq çərçivəsində həyata keçirilmiş layihələri təqdim olunub.

Həmçinin Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin liderlərindən regionun Avropa ilə münasibətlərinə təsir edən əsas siyasi, iqtisadi və sosial proseslər barədə alınan müsahibələri əhatə edən "Eurasia Talks" verilişi nümayiş etdirilib.

Tədbir mədəni proqramla yekunlaşıb.