Noyabrın 13-ü sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin 69 yaşını Bakıda dəbdəbəli ad günü məclisi ilə qeyd etməsi barədə məlumatlar yayılıb.
“İki sahil” xəbər verir ki, Manset.az yayılan məlumatla bağlı Əbülfəs Qarayevlə əlaqə saxlayıb.
Keçmiş nazir iddiaları təkzib edərək hazırda ölkə xaricində olduğunu bildirib: “Mən hazırda Azərbaycanda deyiləm. Bir həftədir Londondayam. Burada mühazirəm olacaq, ona görə də İngiltərəyə gəlmişəm. Burada indi saat 6-dır, indi yuxudan oyanmışam”.
Qeyd edək ki, Ə.Qarayev 2006-2020-ci illərdə mədəniyyət naziri vəzifəsində çalışıb.
Kiberpolis sosial şəbəkələrdə dələduzluq edərək yüzlərlə şəxsi aldadan 4 nəfəri ifşa etdi
Tədbirlərə ifaçıların dəvəti proqramın formatından və ifaçının repertuarından asılıdır
YAP Sumqayıt şəhər təşkilatı tərəfindən şəhid ailələrinin ziyarəti davam etdirilir