17 noyabr 2025 13:48
77

Əhmədlidəki sürüşmə hadisəsindən sonra yamacda yeni çatlar aşkarlanıb

Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı torpaq sürüşməsi hadisəsindən sonra yamacda aparılan vizual müşahidələr zamanı yeni çatlar aşkarlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin müdiri coğrafiya elmləri doktoru Stara Tarixazər bildirib.

Onun sözlərinə görə, dağın yamacında sürüşmənin yaranmasının əsas səbəbi təbii amillərdən başqa (yüksək meyilli yamaclar, gilli suya davamlı layların olması) su kəmərlərindən və kanalizasiya xətlərindən sızmalar, yamacın aşağıdan kəsilməsi və yamacın qaşında obyektlərin qurulmasıdır.