Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə bağlı 31 iyul 2023-cü ildə Sərəncam imzalayıb. Sərəncama əsasən hər il işğaldan azad edilmiş ərazilərdəki şəhər-lərin müəyyən edilmiş günləri təntənəli şəkildə qeyd olunsun.
2020-ci il 20 noyabr tarixi – Ağdamın azad olunduğu şanlı gün. Bu tarix xalqımız üçün qürur günüdür. Torpaqlarımız düşmən tapdağından azad edilib. Bu gözəl anlar üçün Ali Baş Komandana təşəkkür edirik. Ağdam rayonu hərbi əməliyyat keçirilmədən siyasi yolla işğaldan azad edildi. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı onun ətrafında bir yumruq kimi birləşərək, qəddar düşməni torpaqlarımızdan qovdu.
Etiraf edək ki, qədim və gözəl Qarabağımızın aran hissəsindən giriş qapısı olan Ağdam şəhərinin və bu rayonun ərazisinin üçdə ikisinin düşmən tərəfindən işğal edilməsi, buranın uzun illər ərzində vəhşicəsinə yağmalan-ması, vandalcasına dağıdılması dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımızın heysiyyatına toxunurdu...
Qafqazın "Xirosiması, "ruhlar şəhəri" adlandırılan Ağdamın 27 il davam edən işğalına 20 noyabr 2020-ci ildə son qoyuldu...
Bu gün qürurla deyə bilərik ki, Ağdam artıq "ruhlar şəhəri" deyil, ruhumuzun şəhəridir. Çünki o küllərindən dirçəldi. Ağdam artıq ağ günlərinə qovuşur. Vandalistlərin xarabalığa çevirdiyi doğma torpaqlarımız indi Gülüstana çevrilir. Azadlığa qovuşmasından ötən beş il müddətində Ağdam rayonunda “Böyük Qayıdış” proqramı çərçivəsində böyük layihələr həyata keçirilir, abadlıq-quruculuq işləri görülür. Ermənilərin viran qoyduğu Ağdam yenidən qurulur. Ağdamda həyata keçirilən quruculuq işləri Prezident İlham Əliyevin xüsusi diqqətindədir. 2021-ci il mayın 28-də Prezident İlham Əliyevə Ağdam şəhərinin Baş planı təqdim olunub və həmin gün Ağdam şəhərinin bərpasının təməl daşı qoyulub. “Ağdam-1" və ”Ağdam-2" elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, Zəfər və İşğal muzeylərinin, Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa-olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və xalça istehsalı müəssisələrinin, “Park Forest Hotel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməli qoyulub. Bundan başqa, dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur.
Doğma Azərbaycanımız Ağdamlı günlərinə qovuşdu. Ağdamın səmalarında Günəş şöləsini yayır, torpaqlarında odlar yurdunun övladları yürüyür. Gündən - günə gözəlləşən, çiçəklənən Ağdamımız tezliklə öz vətəndaşlarına qucaq açacaq.
44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun qazandığı qələbə tariximi-zə möhtəşəm Zəfər səhifəsi həkk etdi, əsrlər keçəcək, nəsillər dəyişəcək, bu Zəfər səhifəsi öz parlaqlığı ilə yaşayacaq...
Yaşa doğma şəhərim! Torpaqlarından toy-düyün sədaları əskik olmasın!
Şəhla Hüseynova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü