17 noyabr 2025 10:06
49

Bölgələrdəki ekoloji tarazlıq mütləq qorunmalı, ətraf mühitə böyük diqqət göstərilməlidir

Azərbaycan bölgələrinin inkişaf xəritəsində bugün bir prinsip xüsusi yer tutur: təbiəti qorumaq həm dövlətin, həm də vətəndaşın birbaşa məsuliyyətidir. Prezident İlham Əliyev bölgələrdə ekoloji tarazlığın qorunmasını təkcə ekoloji məsələ kimi yox, həm də sosial rifahın, iqtisadi sabitliyin və uzunmüddətli təhlükəsizliyin əsası kimi dəyərləndirir.

Son illər ölkənin müxtəlif rayonlarında aparılan müşahidələr göstərir ki, su ehtiyatlarının azlığı, torpaq deqradasiyası və yaşıllıqların seyrəlməsi bölgələrin gələcəyi üçün real riskdir. Bu səbəbdən Prezident tərəfindən icra hakimiyyətlərinə konkret tapşırıqlar verilir: su itkiləri minimuma endirilməli, çay və göl hövzələrinin qorunması gücləndirilməli, yaşıllıq sahələri bərpa olunmalı və genişləndirilməlidir. Su problemi bu gün artıq yalnız kənd təsərrüfatının deyil, bütövlükdə region ekosistemlərinin taleyini müəyyənləşdirən amildir.

Prezident dəfələrlə bildirib ki, su resurslarından səmərəli istifadə edilməsə, heç bir inkişaf modeli dayanıqlı ola bilməz. Buna görə də bütün bölgələrdə yeni infrastruktur layihələri, müasir suvarma sistemləri və monitorinq mexanizmləri genişləndirilir. Ekoloji tarazlığı pozan  əsas məsələlərdən biri də qanunsuz ağac kəsilməsi və çirklənmədir. Meşələrin mühafizəsi təkcə təbiətin deyil, həm də insanların gələcək həyat keyfiyyətinin təminatıdır.Bütün bunlarla yanaşı, ölkənin enerji strategiyası da ekoloji siyasətlə paralel irəliləyir. Son illərdə bölgələrdə günəş və külək enerjisi layihələrinin artması iqtisadi aktivliyin artmasına xidmət edir. "Yaşıl enerji " kursu artıq Azərbaycanın yeni inkişaf simasına çevrilməkdədir. Buna misal olaraq işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında bu konsepsiyadan istifadə edilməsini göstərə bilərik.

Prezidentin çıxışlarında bir məqam xüsusilə diqqət çəkir: ekologiyanın qorunması yalnız hökumət qurumlarına həvalə edilən bir iş deyil. Vətəndaşlar, sahibkarlar, yerli cəmiyyətlər - hər kəs bu prosesin bir parçasıdır. Çünki təbiətin dəyəri yalnız bu gün üçün yox, gələcək nəsillər üçündür.                                                                                                                                         

Gülgün Həşimova,
204 nömrəli məktəbin Tarix müəllimi