Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə "Təzə yol" adlanan ərazidə qeydə alınıb.
Yolu keçmək istəyən Nərminə Tarverdiyevanı avtomobil vurub. Nəticədə piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Londonda azərbaycanlı tələbələrin karyera inkişafına həsr olunan tədbir keçirilib